AFFA-nın baş katibi Elxan Məmmədov Robert Prosineçkinin keçidi ilə bağlı danışıb. Uçnoqta.az-ın xəbərinə görə, “Qafqazinfo”ya açıqlama verən federasiya rəsmisi onun müqaviləsinin sonuna qədər millidə qalacağını bildirib:
“Prosineçki özü də bu barədə danışıb. O, heç yerə getməyəcək. Müqaviləsinin sonuna qədər Azərbaycan millisində qalacaq. Başqa variant yoxdur”.