Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək.Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Trend-ə bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.
Diplomatın sözlərinə görə, səfər 14-16 dekabr tarixlərində baş tutacaq.
V.Pivonka qeyd edib ki, fevralın əvvəlində Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bununla əlaqədar Çexiyanın sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfər edəcək:
"Biz Azərbaycan və Çexiya Energetika nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum hazırlamışıq. Yekun sənəd hazırdır. Gələn ilin əvvəlində iki ölkənin energetika nazirləri tərəfindən bu sənədin imzalanacağı gözlənilir".