Rusiyanın “Pobeda” loukoster-aviaşirkəti İrəvana uçuşlardan imtina edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Ermənistanın “Zvartnots” hava limanında sərnişinin xidmətinin çox yüksək qiymətə olması göstərilib.
“Pobeda” aviaşirkətindəki mənbənin sözlərinə görə, “Zvartnots”da xidmət adambaşına 50 avro təşkil edir, bu isə digər şirkətlərlə müqayisədə çox yüksək tarifdir.