Hindistanın mədəniyyət və turizm naziri Maxeş Şarma ölkənin kiçik şəhərlərinə səfər edən əcnəbi qadınları qısa yubkadan imtina etməyə çağırıb.Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazir bunun təhlükəsizlik məqsədi ilə tövsiyə edildiyini bildirib.
Tövsiyələr arasında gecə saatlarında təkbaşına gəzməmək, istifadə etdikləri taksilərin nişan nömrələrinin fotosunu dostlarına göndərmək də yer alıb.