Bakı şəhəri, Nizami rayonunda 165 minlik dələduzluq hadisəsi qeydə alınıb. Bakı şəhər sakini 47 yaşlı Əsgər Novruzov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin may ayında 46 yaşlı Vüqar Ağayev onu aldadaraq, 165 min ABŞ dollar pulunu alıb, indiyənədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.report