Şirvan rayonunda baş vermiş hadisədə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Mərkəzi Rayon Xəstəxanasına gedib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, indiyə kimi Şirvan Mərkəzi Rayon Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub.
Xəsarət alanlara zəruri tibbi yardım təqdim edilir.