Bakıda pulsuz hepatit müayinələri keçiriləcək

13:44 - 26 İyul 2016 - Cəmiyyət

28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, RMDM-də üç gün davam edəcək müayinələrdə hər bir kəs iştirak edə bilər. Müayinələri xaricdə təhsil alan həkim-hepatoloq həyata keçirəcək.
Qeyd edək ki, qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

Xəbər xətti