Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir xanım Karen Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov səfir xanım Karen Petitə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.