Nəinki soyuq havalarda, hətta yayın qızmar istilərində qripə yoluxmaq qaçılmazdır. Qripin ilk simptomlarını hiss edən zaman dərhal türkəçarə üsullara əl atırıq. Aile.lent.az qripə qarşı alternativ təbii yol təqdim edir. Sizə təqdim edəcəyimiz bu qarışımla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.
Ərzaqlar:
Yarım stəkan əzilmiş zəncəfil
Yarım stəkan rəndələnmiş qara turp
Yarım stəkan sarıkök
Yarım stəkan doğranmış ağ soğan
¼ stəkan əzilmiş sarımsaq
2 dənə doğranmış acı bibər
2 limonun suyu və qabığı
Alma sirkəsi
Bal
Hazırlanma qaydası:
Zəncəfil, turp, soğan, sarımsaq, bibər və limonu bir qaba tökün. Qabın ¾-ü dolanadək alma sirkəsi tökün. Ağzını bağlayıb qaranlıq otaqda 2-4 həftə saxlayın. Ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz. Bu müddət dolandan sonra qarışımı götürün, tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.