Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə oğurluqda təqsirləndirilən İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər N.Şirəliyev 8 il 6 ay, İ.Ağayev 7 il, V.Qurbanov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.İttihama görə, Bakı şəhər sakinləri İ.Ağayev, V.Qurbanov və N.Şirəliyev Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Onların Bakı şəhər sakinləri Alış Nağıyev, Amil Xankişiyev, Əlisəfa Mustafayev, Aytəkin Piriyeva, Əlislam Qasımov və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşya və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.