Nitsadakı terror hücumunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

15:12 - 15 İyul 2016 - Xəbər

Səfirlik: diplomatik missiyaya bu cür məlumat daxil olmayıb

 Əldə olan məlumata görə, Nitsadakı terror hücumunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.Bu barədə "Report"a Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, diplomatik missiyaya bu cür məlumat daxil olmayıb.
Eyni zamanda, Fransadakı Azərbaycan vətəndaşlarına yerli hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etmək və kütləvi yerlərdən kənar durmaq tövsiyə edilib.
Xatırladaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamının olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Xəbər xətti