"Dağlıq Qarabağ məsələsi ilə bağlı Sankt-Peterburqda keçirilən başqa görüşlərin də dünənki formatda baş tutacağı gözlənilir"."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpante iyunun 21-də keçirdiyi mətbuat konfransında Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.
Səfir Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə də toxunub: "Niyə də yox. Biz Dağlıq Qarabağ məsələsi üzrə ölkəmizdə görüşün keçirilməsinə hazır olduğumuzu həmişə vurğulamışıq".
J.Şarpante prezidentlərin görüşünü etimadın yaranması baxımından yaxşı göstərici olaraq dəyərləndirib: "Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir".