Dünya ulduzu Enrike İqlesiasın Bakı konsertində qucağına tullanaraq, səs-küy yaradan Helia danışıb. Axşam.az-a açıqlama verən gənc bunu ilk dəfə etmədiyini bildirib:
“14 yaşım var, İrandan gəlmişəm. Enrikenin qucağına tullanan həmin qız mənəm. Bu hərəkəti ikinci dəfədir ki, edirəm. Enrike məni bir müddətdir tanıyır. Elə ona görə də səhnəyə tullandım”.