Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt jurnalist Xədicə İsmayıl və Azərbaycanda bir sıra tanınmış dustağın azad olunmasını alqışlayıb."Report" xəbər verir ki, AŞPA-nın Strasburqdakı sessiyasının aşılışında iştirak edən P.Aqramunt deyib ki, bu, müsbət addımdır və həmin müsbət tendensiya davam etdirilməlidir.
"Öz öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün biz Azərbaycanla konstruktiv dialoqu davam etdirməliyik", - o vurğulayıb.