UEFA Rusiya Futbol İttifaqını (RFS) cəzalandırıb. "Report"un məlumatına görə, RFS 150 min avro cərimələnib.
Bundan başqa Rusiya yığması Avropa çempionatının sonunadək şərti diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, Rusiya və İngiltərə yığmalarının oyunundan öncə iki komanda azarkeşləri arasında dava düşüb. Hazırda rusiyalı fanatlar Fransadan ölkələrinə deportasiya olunurlar.