Təhsil naziri Mikayıl Cabbarov bu ildən Azərbaycanda tədris ilinin iyunun 14-də başa çatması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib.Lent.az-ın məlumatına görə, Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında qeyd edib ki, tədrisin məzmununun və təşkilinin təkmilləşdirilməsi Təhsil Nazirliyinin daimi vəzifələrindəndir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.
Təhsil naziri öz növbəsində tədris ilinin başa çatması münasibətilə hər bir məzunu və müəllimi təbrik edib və XI sinif məzunlarına gələcək həyat yolunun seçimində, vətəndaş kimi formalaşmaqda uğurlar diləyib.