Türkiyənin İzmir şəhərində əməliyyat planlaşdırması prosesi kursu keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kurslar iyunun 13-də başlayıb və 16-dək davam edəcək. Bundan başqa, iyunun 13-dən 17-dək Almaniyanın Oberammerqau şəhərində kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.