ABŞ Karib dənizində gəmiyə zərbə endirib Ulduz falı

00:02 - 3 Sentyabr 2025 - DİGƏR

ABŞ ordusu Cənubi Karib hövzəsində əməliyyat keçirib və bu əməliyyat zamanı Vaşinqtonun narkotik-terror təşkilatı kimi müəyyən etdiyi bir təşkilatın idarə etdiyi gəmiyə "ölümcül zərbə" endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın bəyanatına istinadən X-də bildirib.

“Prezidentin indicə elan etdiyi kimi, bu gün ABŞ ordusu Karib dənizinin cənubunda Venesueladan çıxan və təyin olunmuş narkotik-terror təşkilatı tərəfindən idarə olunan narkotik yüklü gəmiyə ölümcül zərbə endirib”, - Rubio yazıb.

Bu zərbə Pentaqonun Latın Amerikası bölgəsinə dəniz qüvvələrini keçən ay göndərməsindən sonra ilk təsdiqlənmiş güc tətbiqi idi. Tramp daha əvvəl ABŞ-a fentanil verməkdə ittiham etdiyi narkotik kartelləri ilə mübarizə üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bildirib.

Xəbər xətti