İstanbulda Şimal Mərmərə magistralında avtobusun aşması nəticəsində 3 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 18-də “TRT Haber” telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza yerli vaxtla saat 06:15-də baş verib. Tokatdan Tekirdağ istiqamətində hərəkət edən avtomobilin sürücü idarəetməni itirərək hasara çırpılıb.
İlkin məlumatlara görə, qəza nəticəsində 3 nəfər ölüb.
Daha 20 sərnişinin yaralandığı bildirilir. Onlar tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.