Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiyanın regionları üzərində Ukraynaya məxsus 23 pilotsuz uçan aparatı məhv edərək ələ keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 8 PUA Tambov vilayətinin ərazisi üzərində, 5 PUA Azov dənizinin suları üzərində, 2 PUA Qara dənizin suları üzərində, 2 PUA Belqorod vilayətinin ərazisində, 2 PUA Rostov vilayətinin ərazisində, 1 PUA Kursk vilayətinin ərazisində, 1 PUA Voronej vilayətinin ərazisində, 1 PUA Krasnodar və 1 PUA Krım ərazisi üzərində zərərsizləşdirilib.