Texasda daşqınlar nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən ən çox Kerr dairəsi zərər çəkib, 36-sı uşaq olmaqla 103 nəfər həlak olub. 170-dən çox insan hələ də itkin sayılır.