Ucnoqta.az
www.ucnoqta.az

Texasda daşqın nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb

14:18 - 13 İyul 2025 tarixində dərc olunub.

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən ən çox Kerr dairəsi zərər çəkib, 36-sı uşaq olmaqla 103 nəfər həlak olub. 170-dən çox insan hələ də itkin sayılır.

Müəllif: Ucnoqta.az redaksiyası