Qusarda avtomobil qəzasında xəsarət alan 7 nəfərin kimliyi məlum olub - YENİLƏNİB

17:10 - 27 İyun 2025 - HADİSƏ

Qusar rayonunda baş verən avtomobil qəzasında xəsarət alan Azərbaycan və Pakistan vətəndaşlarının kimliyi məlum olub.

Qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqudur.

Qəzada xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır./report


16:38

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti