2700-ə yaxın körpə HİV infeksiyasına yoluxub - Ada dövlətdə BÖHRAN

08:49 - 27 İyun 2025 - DÜNYA

Papua Yeni Qvineya hakimiyyəti HİV-ə yoluxanların sayının kəskin artması ilə əlaqədar milli böhran elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Radio New Zealand (RNZ) radiostansiyası məlumat yayıb.

Məlumata görə, ada əyalətinin hökuməti 2024-cü ildə HİV infeksiyasına yeni yoluxma hallarının iki dəfə artdığını qeyd edib. Radiostansiya qeyd edir ki, ötən il ölkədə insan immun çatışmazlığı virusuna yoluxmuş ən azı 11 min yeni xəstə qeydə alınıb. Həkimlər hər gün 30-a yaxın yoluxma hadisəsini qeydə alırlar. 

Ölkədə infeksiyanın anadan uşağa keçmə hallarının xeyli artdığı vurğulanır. 2024-cü ildə 2700-ə yaxın körpə HİV-ə yoluxmuşdur, çünki onların anaları xəstəliyindən xəbərsizdirlər və antiretrovirus terapiya almırlar.

Papua-Yeni Qvineya hökumətinin məlumatına görə, indiki yoluxma sürəti davam edərsə, 2025-ci ilin sonuna qədər ölkədə insan immunçatışmazlığı virusuna yoluxmuş ən azı 500 min insan olacaq.

Xəbər xətti