İsrail Trampın İranda atəşkəs təklifi ilə razılaşıb

10:26 - 24 İyun 2025 - DÜNYA

İsrail Trampın İranda atəşkəs təklifi ilə razılaşıb

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan etməzdən əvvəl baş nazir Benyamin Netanyahuya zəng edərək ondan bütün hərbi əməliyyatları dayandırmağı tələb edib.Çünki Tehran artıq “əhəmiyyətli dərəcədə zəifləyib”. Bu barədə Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən NBC News məlumat yayıb.

Kanalın mənbəsinin sözlərinə görə, "Daha müharibə yoxdur, daha döyüş yoxdur. İranlılar əhəmiyyətli dərəcədə zəifləyib" dedi.

Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik komandası vasitəçilər vasitəsilə İrana mesajlar göndərərək, ondan da İsrailə zərbə endirməkdən çəkinməyi və atəşkəslə razılaşmağı tələb edib. Telekanalın məlumatına görə, bundan əvvəl Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taniyə zəng edərək, atəşkəsə nail olmaq üçün Tehrana təsir göstərməsini istəyib. NBC News-un qeyd etdiyi kimi, ABŞ prezidenti hər iki tərəfi tezliklə atəşkəsin zəruriliyinə inandıra bilib.

Xəbər xətti