Ağciyər xərçəngində ən böyük risk: Siqaret çəkməyənlərdə də …

08:50 - 24 İyun 2025 - DİGƏR

Ağciyər xərçəngi halları artmaqdadır. Siqaret üçün ən böyük risk faktoru olaraq bilinən ağciyər xərçəngi siqaret çəkməyənlərdə də görülməyə başlayıb. Ekspertlər bunun ən böyük səbəbini belə izah edir...

Ucnoqta.az xəbər verir ki. siqaret çəkməyənlərdə belə ağciyər xərçəngi halları artsa da, ekspertlər bunun bir növ “adenokarsinoma” olduğunu və havanın çirklənməsinin əsas səbəb olduğunu bildiriblər. Heç vaxt siqaret çəkməyən insanlarda ağciyər xərçəngi halları artmaqdadır və bu qrup bütün ağciyər xərçəngi hallarının 10-20 faizini təşkil edir.

İsveçrədən onkoloq Andres Vicki qeyd edir ki, "Siqaret çəkməyənlərdə ağciyər xərçəngi öz molekulyar quruluşu ilə ayrı bir xəstəlik növü olaraq ortaya çıxır. Siqaret çəkməyənlərdə görülən ağciyər xərçəngi daha çox adenokarsinoma növüdür.

Bu, selik istehsal edən hüceyrələrdən qaynaqlanır və indi həm siqaret çəkənlər, həm də çəkməyənlər arasında ən çox rast gəlinən növdür”.
"Adenokarsinoma siqaret çəkməyənlərdə ən çox görülən ağciyər xərçəngi növüdür. Adenokarsinomalarda yüzdə 46 kişi, yüzdə 59 qadındır. Siqaret çəkməyənlərdə ağciyər xərçəngi nisbətlərinin artması da siqaret çəkməyənlərin 60 dır. Dünyada hər il diaqnoz qoyulan min adenokarsinoma hadisəsinin səbəbi havanın çirklənməsidir. Ağciyər xərçəngi üçün müəyyən edilən bəzi kanserogen maddələr:

Asbest tozu, arsen, nikel, berilyum, kadmium, dizel qazı, bəzi növ silisium və xrom. Bilirik ki, xüsusilə beta karoten əlavələrindən istifadə edən siqaret çəkənlərdə ağciyər xərçəngi riski artır. Bundan əlavə, hər gün ən azı bir stəkan spirtli içki qəbul edən siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riskində əlavə artım aşkar edilib” - Prof. Dr. Pelin Uysal deyib.

Xəbər xətti