Dünyanın ən böyük teleskopu gecə səmasının ilk görüntülərini ötürüb.
Ucnoqta.az xəbər verir ki, El-Penon zirvəsindəki teleskopun tikintisi 10 ildən çox vaxt aparıb və bu yazda fəaliyyətə başlayıb. On saatlıq müşahidələr zamanı rəsədxana milyonlarla qalaktika və çoxlu asteroidləri qeydə alıb ki, bu da astronomiyada yeni eranın başlanğıcını göstərir.
İlk dərc olunmuş təsvirdə Süd Yolunda yerləşən Trifid Dumanlığı və Laqun Dumanlığı göstərilir.