İsrail məqsədlərinə çatana qədər İranda fəaliyyətini davam etdirəcək

15:22 - 22 İyun 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə proqramına qarşı əməliyyatı qarşıya qoyulan hərbi məqsədlərə çatana qədər davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki. bu barədə brifinqdə İsrail ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.

"Biz İsrail dövləti üçün mövcud olan təhdidin aradan qaldırılması kimi aydın bir məqsədlə işləyirik. Bizim planımız və məqsədlərimiz var və biz bu məqsədlərə nail olmaq üçün daim çalışırıq. Məqsədlərə çatana qədər fəaliyyətimizi davam etdirəcəyik", - o deyib.

Defrin İsrailin Baş Qərargah rəisi Eyal Zamirin İsrailin uzun kampaniyaya hazırlaşdığı barədə bəyanatını təkrarlayıb. “Biz buna hazırlaşmalıyıq və hər hansı hadisələrin inkişafına hazır olmalıyıq”, - o deyib.

Xəbər xətti