İsmayıllıda sex və mağaza yanıb

19:04 - 20 İyun 2025 - ÖLKƏ İÇİ

İsmayıllıda yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə cücə sexində qeydə alınıb. Sexin dam örtüyü, tikiliyə bitişik olan tikinti materialları mağazasının bir hissəsi yanıb.

Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub və yanğın nəzarətə alınaraq söndürülüb.

Yanğının səbəbləri araşdırılır.

Xəbər xətti