ABŞ İranın nüvə obyektlərini vura da bilər ... - Tramp

18:52 - 18 İyun 2025 - DÜNYA

ABŞ İranın nüvə obyektlərini vura bilər

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin sualına cavab verərkən deyib.

"ABŞ-ın İranı vurub-vurmayacağını deyə bilmərəm. Bəlkə hə, bəlkə də yox. Heç kim bilmir. İran böyük bəla içindədir. Danışıqlar aparmaq istəyirlər. Dedim ki, bütün bu dağıntı və ölümdən əvvəl niyə danışıqlar aparmaq istəmədin? Yaxın Şərqdə indiki eskalasiyada “hələ heç nə bitməyib, çox pis şeylər ola bilər. Əgər onlar danışıqlar aparmaq istəməsələr, İranın çox problemi olacaq. İranın “şərtsiz təslim olması” tələbinə gəlincə, hər şey sadədir: Tehran təslim olmalıdır".

Xəbər xətti