Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

00:00 - 5 İyun 2025 - DÜNYA

Həcc ziyarətini yerinə yetirmək üçün digər ölkələrdən Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 1,5 milyonu keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaimi məlumat verib.

Əl-Nuaimi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır.

Qurum rəsmisi bildirib ki, idarə Həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Xəbər xətti