Argentina məhkəməsi prezidentin tətil məhdudiyyətlərini dayandırıb

07:49 - 3 İyun 2025 - DÜNYA

Əmək məhkəməsi Argentina prezidenti Xavyer Maylinin bir sıra sənaye sahələrində tətillərə məhdudiyyətlər qoyan fərmanının bəzi maddələrini növbəti dəfə dayandırıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hakim Moira Fulyana öz qərarında bildirib.
"Tələb olunan müvəqqəti tədbir təmin edilsin və 340/25 saylı fövqəladə vəziyyət fərmanının ikinci və üçüncü maddələrinin icrası dayandırılsın".

Argentinanın ən böyük həmkarlar ittifaqlarını birləşdirən Ümumi Əmək Konfederasiyası fərmanla bağlı məhkəməyə müraciət edib.
Hakim müəyyən edib ki, icra hakimiyyətinin parlamentdən keçmədən mövcud qanunvericiliyə dəyişiklik etmək üçün kifayət qədər əsası yoxdur.

Xəbər xətti