Koreya Respublikasının keçmiş prezidenti Yun Seok Yeol və həyat yoldaşı Kim Qun Hi yeni dövlət başçısının seçkilərində səs veriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Konstitusiya Məhkəməsi aprelin 4-də Yoon Seok-yeol-u hakimiyyətdən kənarlaşdırdığına görə növbədənkənar seçkilər keçirilir.
Keçmiş prezident həyat yoldaşı ilə birlikdə Seulun cənubundakı seçki məntəqəsində səs verib.
Yoon Seok-yeol jurnalistlərin suallarına cavab verməyib.