Polis Ağcabədidə 8 kiloqram narkotik vasitələr aşkarlayıb.
Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb.
İdarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.