Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın söndürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
09:18
Bakıda Motodrom adlanan ərazidə yanğın başlayıb.
Ucnoqta.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.