ABŞ-da atışma nıticəsində 2 nəfər ölüb, 8 yaralı

09:02 - 27 May 2025 - DÜNYA

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə WPVI telekanalı məlumat yayıb.

Hadisə mayın 26-da saat 22:30 radələrində Fairmont Mərkəzi Parkında baş verib. 

Polisin məlumatına görə, yaralananlar arasında ən azı iki azyaşlı var. Ölən şəxsin yaşı dəqiqləşdirilməyib. Hadisənin digər təfərrüatları, o cümlədən atəş açanların sayı və onların yeri barədə məlumat verilməyib.

Telekanal parkda atışmanın müxtəlif münaqişələrdə həlak olmuş amerikalı hərbçilərin anım günündə baş verdiyini diqqətə çatdırır; bir çox şəhər sakinləri həmin gün parkda piknik edirdilər.

Xəbər xətti