Billi Eyliş "American Music Awards"da "İlin Artisti" seçilib

08:15 - 27 May 2025 - MAQAZİN

Billi Eyliş nüfuzlu "American Music Awards"da "İlin artisti" əsas nominasiyasını qazanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Billboard jurnalı məlumat yayıb. Mükafatlandırma mərasimi Las-Veqasdakı Fontainebleau otelində keçirilib.

“Birds of a Feather” mahnısının ifaçısı Taylor Svift, Kendrick Lamar, Sabrina Carpenter və digər ifaçıları geridə qoyub. 

"American Music Awards" 1973-cü ildə "Grammy" mükafatlarına alternativ olaraq təsis edilib.
Mükafatlar istənilən internet istifadəçisinin iştirak edə biləcəyi onlayn səsvermənin nəticələrinə əsaslanır. Namizədlər rekord satışlar, video baxışları və sosial media fəaliyyəti əsasında müəyyən edilir.

Xəbər xətti