Ronaldo klub səviyyəsində 800-cü qolunu vurdu

00:17 - 27 May 2025 - İDMAN

“Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatının final oyununda “Əl-Fateh”ə uduzub.

Ucnoqta.az xəbər verir ki, “Əl-Fateha” stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb. Onlar görüş ərzində iki dəfə Kriştianu Ronaldo və Sadio Manenin qolları sayəsində önə keçsələr də, qısa müddətdə cavab olaraq qol buraxıblar. Oyuna əlavə olunmuş 6-cı dəqiqədə "Əl-Fateh" qələbə qolunu vurub.

Bu qol Ronaldonun Əl-Nassr üçün 100-cü, klub səviyyəsində karyerasında isə 800-cü qol idi. O, həmçinin 25 qolla Səudiyyə Ərəbistanının mövsümün bombardiri kimi başa vurdu və ardıcıl ikinci il Pro Liqanın Qızıl butsunu qazanıb.

Xəbər xətti