Qəzza danışıqlarında tərəflər məsləhətləşmələri davam etdirir

00:02 - 27 May 2025 - DÜNYA

Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gəlmək üçün məsləhətləşmələri davam etdirirlər.

Ucnoqta.az xəbər verir ki, bu bəyanatla Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı çıxış edib.

Onun məlumatına görə, Qahirə, Doha və Vaşinqton hazırda “Qəzzada atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı yaxın koordinasiyadadır”.
Telekanal vurğulayır ki, Misirli danışıqlarçılar bütün tərəfləri razılaşmaq üçün lazımi çevikliyi göstərməyə çağırır.

Xəbər xətti