Havay adalarında Kilauea vulkanı püskürüb

13:10 - 26 May 2025 - DÜNYA

Kilauea vulkanının püskürməsi mayın 25-də Havay ştatında başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, lava fəvvarələrinin hündürlüyü 300 m-ə çatır. Bu, son altı ayda vulkan püskürməsi ilə bağlı ilk hadisə deyil. Fövqəladə vəziyyətin yaşayış məntəqələrinə təsir etməyəcəyi qeyd olunur.

Kilauea Havay adalarının ən böyük və aktiv vulkanlarından biridir.

Xəbər xətti