Hindistan Pakistanı hədələdi: Əməliyyat bitməyib ...

12:33 - 16 May 2025 - DÜNYA

Hindistan “Sindoor” antiterror əməliyyatını başa çatdırmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu Hindistanın müdafiə naziri Racnat Sinq Qucarat ştatındakı Bhuj Hərbi Hava Qüvvələri bazasında çıxışı zamanı deyib.

"Sindoor əməliyyatı hələ başa çatmayıb. İndiyə qədər baş verənlərin hamısı sadəcə bir baxışdır. Doğru an gələndə biz bütün mənzərəni dünyaya göstərəcəyik", - nazir bildirib.

Onun sözlərinə görə, Hindistan Pakistana sınaq müddəti verib.
"Əgər onun davranışı yaxşılaşarsa, o zaman yaxşı olacaq, əks halda, ciddi şəkildə cəzalandırılacaq" - nazir deyib.

Xəbər xətti