Şampundan belə istifadə edən “yandı”! Mütəxəssisdən xəbərdarlıq

07:00 - 16 May 2025 - Cəmiyyət

Şampun seçərkən məhsulun tərkibi qədər istifadə üsulu da önəmlidir.

Ucnoqta.az xəbər verir ki, dermatoloq Doktor Leah Ansel açıqlamasında saçları həddindən artıq şampun etməyin səhv olduğunu bildirib. Mütəxəssisin fikrincə, bu vəziyyət zamanla saçlarda quruluq, qırılma və kəpəyə səbəb ola bilər.

Daha canlı və parlaq saçların sirri həm şampun seçimində, həm müntəzəm qulluqda, həm də düzgün yuyulma vərdişlərində gizlidir. Mütəxəssislərin verdiyi açıqlamalara görə, saçları bir dəfə şampunlamaq kifayətdir. Mütəxəssislər şampun seçərkən məhsulun tərkibi qədər istifadə üsulunun da önəmli olduğunu vurğulayaraq, xəbərdarlıqlar ediblər.

Tək şampunlama baş dərisinin təbii yağ balansını qoruyur və quruluğun qarşısını alır.
Saçınızı lazım olandan çox şampunla yumaq müxtəlif problemlərə səbəb ola bilər.
Dermatoloqun sözlərinə görə, bu, saçın təbii yağlarını itirməsinə səbəb olmaqla yanaşı, həm də quruluq, qırılma, rəng itkisi və kəpəyə səbəb olur.

Xəbər xətti