Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən ukraynalı aktyor və teleaparıcı Maksım Nelipa döyüş əməliyyatları zamanı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri aktyorun həyat yoldaşına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Nelipa mayın 12-də dünyasını dəyişib. Aktyorun öldüyü cəbhə bölgəsi barədə məlumat verilmir.
Nəşrin məlumatına görə, Maksym Nelipa bir vaxtlar ŞHK-də oynayıb, sonra Ukraynanın "Diesel Show" komediya layihəsinin iştirakçısı olub. O, bir sıra Ukrayna filmlərində rol alıb. O, 2022-ci ilin martında Ukrayna Silahlı Qüvvələrinə qoşulub.