Hüseynin 20 milyon vergi borcu var? - Bloqer ittihamı rədd edir

21:37 - 14 May 2025 - Cəmiyyət

Bloqer Hüseyn Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Paytaxt İstintaq Komitəsinin müstəntiqlərinin tələbi ilə məhkəmə Həsənov barəsində həbs-qətimkan tədbiri seçilərək qiyabi həbs qətimkan tədbiri seçilib. O, beynəlxalq axtarışa verilib", - İstintaq Komitəsindən bildirilib.

"İstintaqın məlumatına görə, Ə.Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox vergi ödəməkdən yayınıb. Həmin vəsaitlərə qanuni sahiblik, istifadə və sərəncam vermək görüntüsü yaratmaq məqsədilə maliyyə əməliyyatları vasitəsilə onların 20 milyon rubldan çox məbləğdə bir hissəsini leqallaşdırıb", - idarədən bildirilib.
öz növbəsində bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan elana İnstaqram hesabında münasibət bildirib.

Hüseyn vergi borcunun olmadığını deyib:

“Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı”.

O əlavə edib ki, artıq vəkilləri məsələ ilə bağlı işləyirlər.

Xəbər xətti