İsrailin hava hücumları nəticəsində bazar ertəsi Qəzza zolağında 40-dan çox insan həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış qurbanlarının sayı hazırda 45 nəfərə çatıb.
Öz növbəsində Fələstinin HƏMAS hərəkatına bağlı Qüds portalı Qəzza şəhərinin qərb ərazilərinə endirilən zərbələrdən biri nəticəsində azı 15 fələstinlinin həlak olduğunu bildirib.