Keniya prezidentinə ayaqqabı atdılar

14:25 - 5 May 2025 - Xəbər

Keniya prezidenti Uilyam Rutonun ölkənin qərbindəki Miqori qraflığında xalq qarşısında çıxışı zamanı izdihamın arasından ayaqqabı atılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, insident bazar günü günortadan sonra prezident yaşayış xərclərinin azaldılması ilə bağlı çıxış edərkən baş verib. 

Xəbər xətti