Qonşunun hamamında çimən kişi dəm qazından öldü

09:09 - 5 May 2025 - ÖLKƏ İÇİ

Gədəbəy sakini dəm qazından zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun İsalı kəndində qeydə alınıb.

Anar Paşayev qonşusunun evinin hamam otağında çimərkən dəm qazından boğulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti