Ermənistanda zəlzələ olub
Ucnoqta.az xəbər verir ki, mayın 4-də yerli vaxtla saat 09:40-da (GMT 05:40) Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi episentri Qavardan 13 km cənub-şərqdə Ermənistan ərazisində 1,8 bal gücündə zəlzələ qeydə alıb.
Episentral zonada yeraltı təkanların gücü 2 bala çatıb. Zəlzələ Qeqarkunik rayonunun Yeranos və Saruxan kəndlərində 2 bal gücündə hiss olunub.