Bakıda yeniyetmə qız itkin düşüb

16:43 - 2 May 2025 - Cəmiyyət

Bakıda yeniyetmə qız itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.

Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti