QHT-lərə Dövlət Dəstəyi Agentliyi Çin və Özbəkistanla memorandumlar imzalayıb
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Çinin "Bir Kəmər, Bir Yol" Alyansı, Özbəkistanın Parlament Komitəsi ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
Memorandumların imzalanmasında məqsəd qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi və tərəfdaş əlaqələrin dərinləşdirilməsini təmin etməkdir.